Məktəbli qız dostları ilə şənlik zamanı dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq sağ qalıb.
Tezadlar.az xəbər verir ki, REN TV-nin məlumatına görə, hadisə oktyabrın 26-da səhər saatlarında Sankt-Peterburqda Marşal Tuxaçevski küçəsində baş verib.
9-cu sinif şagirdi qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın nahiyəsindən xəsarətlərlə xəstəxanaya çatdırılıb.
“Məlum olub ki, 16 yaşlı qız mənzildə dostları ilə spirtli içki içərkən nə vaxtsa pəncərədən yıxılıb”, - telekanalın həmsöhbəti qeyd edib.
E.ŞİRİNOV