Gürcüstan Daxili İşlər Nazirliyi parlament seçkiləri günü Marneuli rayonundakı seçki məntəqələrindən birində bülletenlərin kütləvi şəkildə doldurulması ittihamı ilə iki nəfəri saxlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə idarənin açıqlamasında deyilir.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər oktyabrın 26-da Marneuli rayonunun Sadaxlı kəndinin 69 saylı seçki məntəqəsində parlament seçkiləri zamanı qanunu pozaraq seçki qutusuna bülletenlər atıblar”, - Gürcüstan Daxili İşlər Nazirliyi bildirir.

Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili seçkilərlə bağlı danışdıqdan sonra Baş Prokurorluğa dindirilməkdən imtina edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN