Leninqrad vilayətində taksi sərnişini yol pulunu ödəməyərək avtomobilə atəş açıb.

Tezadlar.az-ın REN TV-yə istinadən məlumatına görə, hadisə Kommunar şəhərində baş verib.

Oktyabrın 27-nə keçən gecə taksi sürücüsü səfəri başa vuraraq sərxoş vəziyyətdə olan sərnişini evin yaxınlığında düşürüb. Lakin o, gediş haqqını ödəməyərək, taksi sürücüsünün “Stroitel” yaşayış kompleksinin ərazisinə daxil olması üçün şlaqbaumu açmadan evə tərəf istiqamət alıb.

Bir müddət sonra sərnişin geri qayıdaraq onu çatdıran maşına tapança ilə atəş açıb. Avtomobilin baqaj hissəsi və arxa bamper hissəsi zədələnib.

Həmin günün səhəri polis həmin şəxsi saxlaya bilib. Onun barəsində “Öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN