Bir il vizasız adada qaldıqları üçün Şri-Lankada saxlanılan Rusiyadan olan evli cütlük Rusiya Federasiyasına deportasiya edilib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiyanın bu ölkədəki səfiri Levan Caqaryan məlumat verib.

“Əvvəlki qərara əsasən, ruslar səhər saatlarında Rusiyaya uçduqları Mattala hava limanına aparılıb”, - səfir bildirib.

Rusiya diplomatik missiyasının rəhbəri “vəziyyətin humanitar komponentini, yəni iki azyaşlı uşağın valideynləri ilə olmasını nəzərə alan və onların saxlanması üçün müvafiq şərait yaradan” yerli səlahiyyətli xidmətlərə təşəkkür edib. "Ümumiyyətlə, hakimiyyət bu ailə ilə bağlı səfirliyin bütün müraciətlərinə operativ cavab verib", - Caqaryan qeyd edib.

Oktyabrın sonunda Şri-Lankanın Kandi bölgəsində bir ilə yaxın adada qeyri-qanuni məskunlaşan rus ailəsinin həbsi barədə məlumat yayılıb.

Şri-Lankanın “Daily Mirror” qəzeti qeyd edib ki, Şri-Lankanın mərkəzi əyalətinin Kandi rayonunda polis Rusiyadan olan 39 yaşlı kişi və 32 yaşlı qadını immiqrasiya qanunlarını pozduqlarına və ölkə ərazisində icazəsiz qaldıqlarına görə saxlayıb.

Məhkəmə qərarı ilə onlar bir neçə gün deportasiya mərkəzində qalmalı olublar. Rusiya səfirliyinin bir müddət əvvəl bildirdiyi kimi, orada rusların saxlanma şəraiti yaxşıdır.

Rusiyanın Kolombodakı diplomatik nümayəndəliyi ada əyalətindəki ruslara xarici vətəndaşların sənədlərinin kütləvi yoxlanılması ilə bağlı xəbərdarlıq edib və onları vizaların və iş icazələrinin etibarlılığını yoxlamağa çağırıb. Gecikmə halında diplomatlar problemi həll etmək üçün dərhal Şri-Lanka miqrasiya orqanları ilə əlaqə saxlamağa və səfirliyi xəbərdar etməyə çağırıblar.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN