Sverdlovsk vilayətinin Talitsa şəhərində 9 yaşlı uşaq hasarsız su quyusuna düşüb. Uşaq çölə çıxa bilməyib və boğulub.
Tezadlar.az xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
İdarədən verilən məlumata görə, noyabrın 4-də axşam saatlarında 9 yaşlı uşaq mağazaya gedib. Uşaq 120 metr getdikdən sonra qaz xətti çəkmək üçün qazılan su ilə dolu çuxura düşüb.
Bir saat sonra uşağın valideynləri narahat olub və onu axtarmağa gediblər. Oğlan cansız halda çuxurda tapılıb. Hazırda prokurorluq araşdırma aparır.
E.ŞİRİNOV