Məhkəmə keçmiş polis mayoru Yevgeni Qaydamakı onun təqsiri ilə 2022-ci ilin qışında baş vermiş qəza nəticəsində üç nəfərin ölməsi səbəbindən 10 il müddətinə azadlıqdan məhrum edib.

Tezadlar.az bildirir ki, bu barədə TASS Rusiya İstintaq Komitəsinin (İK) Omsk vilayəti üzrə İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Larisa Boldinovaya istinadən məlumat verib.

Məhkəmə müəyyən edib ki, qəza 2022-ci il yanvarın 30-da axşam saatlarında baş verib. Eyni zamanda, Qaydamak Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətlərlə Mübarizə İdarəsinin Omsk vilayəti üzrə idarələrindən birinə rəhbərlik edib. Həmin gün o, sərxoş halda avtomobil idarə edərkən dirəyə çırpılıb. Nəticədə, onunla birlikdə gedən 3 sərnişin xəsarət alıb. Qəza nəticəsində 40 yaşlı kişi hadisə yerində həyatını itirib, daha iki nəfər - 21 və 47 yaşlılar xəstəxanaya yerləşdirilsə də, həkim onları xilas edə bilməyib. Qeyd olunur ki, Qaydamak özü bir ay komada yatıb.

Omsk vilayəti prokurorunun böyük köməkçisi Tatyana Bulixovanın sözlərinə görə, məhkum uzun müddət baş verənləri fraqmentlərlə xatırladığını iddia edib. O, avtomobilinin arxa oturacağında olduğunu iddia edib. Lakin son görüşlərin birində faktların təzyiqi altında Qaydamak razılaşdı ki, qəzanın baş verdiyi axşam maşını ancaq o idarə edə bilərdi.

Keçmiş polis cəzasını ümumi rejimli koloniyada çəkəcək. Bundan əlavə, o, zərərçəkmişlərin yaxınlarına maddi-mənəvi ziyan kimi təxminən beş milyon rubl ödəməlidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN