Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu çərçivəsində Uşaq Səfirlər Məclisi üzvlərinin növbəti görüşü gənclər və idman naziri Fərid Qayıbov ilə olub.

Tezadlar.az xəbər verir ki, görüşdə F.Qayıbov, gənclər və idman siyasəti mövzusunda fikir mübadiləsi aparıb, gənclər üçün yaradılan imkanlardan bəhs edib, iştirakçıların suallarını cavablandırıb. Məclisin fəaliyyəti ilə tanış olan nazir, uşaqlara tövsiyələrini verib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Görüşdən sonra uşaqlar Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında əyləncəli vaxt keçirib, bacarıqlarını sınayıb və xoş anlar yaşayıblar.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN