Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası oktyabrın 26-da keçirilən parlament seçkilərində müxalifətin onlardan 400-dən çox səs oğurladığını aşkar edib.

Tezadlar.az xəbər verir ki, bunu partiyanın icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib.

Mdinaradzenin sözlərinə görə, müxalifət seçkilərdə bu sxem üzrə hərəkət edib: “Gürcü arzusu”nun tərəfdarları onlardan xəbərsiz ucqar rayonlarda seçki komissiyalarının üzvü kimi qeydə alınıb, bu səbəbdən insanlar qeydiyyat yerində səs verə bilmirdilər.

“Ümumilikdə, 420-yə qədər iş araşdırılır. Bu işlərin bəziləri radikal müxalifətdən olan bir vətəndaşın öz iradəsinə zidd olaraq başqa seçki məntəqəsində qeydə alınıb, ona görə də səs verə bilməyib”, - Mdinaradze bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN