Respublikaçıların prezidentliyə namizədi Donald Tramp işçi sinfinin səsləri sayəsində seçkilərdə qalib gəlib.
Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşr yazır ki, elektoratın bu təbəqəsi tez-tez Demokratlar Partiyasından olan namizədlərə səs verirdi, lakin bu dəfə Tramp bu vətəndaşların sayəsində üstünlüyünü artıra bilib.
Belə ki, Pensilvaniya ştatının Fayette dairəsində respublikaçı demək olar 70% səs toplayıb ki, bu da 2020-ci illə müqayisədə 5 faiz səs çoxdur. Kollec diplomu olmayan ispanların çoxluq təşkil etdiyi bir mahalda Tramp son seçkilərlə müqayisədə 10% çox səs verib. Onun qaradərili seçicilər arasında uğuru da nəzərə çarpırdı.
"Latın amerikalılar arasında uduzmaq partiya üçün sadəcə bir fəlakətdir", - Latino Demokrat Ritchie Torres deyib.
Trampa qalib gəlməyə kömək edən seçicilərin əsas xüsusiyyəti işçi sinfi kimliyidir.
Ekspertlər hesab edir ki, Trampın yeni prezidentlik müddəti bütün dünyada hərbi münaqişələrin alovlanmasına səbəb ola bilər.
E.ŞİRİNOV