Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş material əsasında rayon Prokurorluğunda araşdırma aparılıb.

Zaqatala rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin meşəbəyi Fazil Cumayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2021-ci ilin may ayının əvvəllərində xidmət etdiyi xüsusi mühafizə olunan Əliabad meşəbəyliyinin 7 saylı dolayının 16-cı kvartalında yerləşən 11 ədəd müxtəlif növ ağacı meşə gözətçisinin xəbəri olmadan kəsməsi nəticəsində təbiətə 8 min 792 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edildiyindən rayon prokurorluğu tərəfindən Fazil Cumayev barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN