Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurası İranı nüvə məsələsində əməkdaşlıq etmədiyinə görə tənqid edən qətnamə qəbul edib.

Bu barədə “France 24” AFP-yə (Agence France-Presse) istinadən xəbər verir.

Böyük Britaniya, Fransa, Almaniya və ABŞ-ın təqdim etdiyi qətnamənin mətni şuranın 35 ölkəsindən 19-u tərəfindən bəyənilib. Rusiya, Çin və Burkina Faso bunun əleyhinə səs verib, 12 dövlət isə bitərəf qalıb. BAEA şurasına verdiyi bəyanatın bir hissəsi olaraq, Amerika tərəfi Tehranın nüvə fəaliyyətinin "dərin narahatlıq doğurduğunu" bildirib.

London, Paris və Berlin birgə bəyanatda İranın nüvə proqramının beynəlxalq təhlükəsizliyə təhdid olduğunu vurğulayıblar. Tehranın BAEA-dakı səfiri Möhsün Nazir Asl bu qətnamənin “siyasi motivli” olduğunu vurğulayıb. O, həmçinin İranın əvvəlki “qınaqları” ilə müqayisədə onun “az dəstəyinə” işarə edib.

Noyabrın 17-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, BAEA-nın Rəhbərlər Şurası noyabrın 18-22-də keçirilən iclasında ona düşmən münasibət bildirən qətnamə qəbul edərsə, respublika buna cavab verəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN