Peskov: Rusiyanın çətin demoqrafik vəziyyətdə miqrantlara ehtiyacı var

Ölkədəki gərgin demoqrafik vəziyyət fonunda Rusiyanın əmək miqrantlarına ehtiyacı var.

Tezadlar.az xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

O qeyd edib ki, ölkənin dinamik inkişafı və bütün planların həyata keçirilməsi üçün xarici işçi qüvvəsinə ehtiyac var. “Miqrantlar ehtiyacdır. Təbii ki, işçilərə ehtiyacımız var. Biz onları ancaq alqışlayırıq”, – Peskov vurğulayıb.

Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi miqrantlar arasında cinayətin aradan qaldırılması üçün əmək miqrasiyasının tənzimlənməsinin zəruriliyini bəyan edib. Onun sözlərinə görə, qaydalar sərt, eyni zamanda rahat və başa düşülən olmalıdır.

Bundan əvvəl məlum olub ki, Amur vilayətində miqrantlara kuryer və yük maşını sürücüsü kimi işləmək qadağan edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN