Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a bildirilib ki, görüşdə gömrük sistemində tətbiq edilən yeniliklər və layihələrlə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, qarşılıqlı etimad mühitinin gücləndirilməsi, idxal-ixrac zamanı mal və nəqliyyat vasitələrinə dair məlumatların öncədən təqdim olunması ilə təhlükəsizliyin və ticarətin asanlaşdırılmasının təmin edilməsinin gömrük orqanlarının qarşısında prioritet hədəflər kimi müəyyənləşdirildiyi diqqətə çatdırılıb.

Gömrük əməkdaşları tərəfindən biznes nümayəndələrinə “XİF MN tövsiyyə sistemi və ondan istifadə”, “SİO statusunun verilməsi” qaydaları haqqında və “ÖZÜNET” layihəsi barədə video təqdimatla ətraflı məlumat verilib.

Tədbirin sonunda daşıyıcı şirkətlərin nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN