Dekabrın 5-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri (USQ) pilotsuz uçuş aparatları ilə Rusiyanın üç regionuna zərbələr endirməyə cəhd edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

Aydınlaşdırılıb ki, ümumilikdə 16 pilotsuz uçuş aparatı Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Ən çox - 14 pilotsuz təyyarə Bryansk vilayətində vurulub. Bir Ukrayna pilotsuz təyyarəsi Belqorod və Kursk vilayətləri üzərində ələ keçirilib.

Müdafiə Nazirliyi Ukraynanın hərəkətlərini Rusiya ərazisindəki hədəflərə terror hücumu həyata keçirmək cəhdi adlandırıb. Nazirliyin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri zərbəyə cəhd etmək üçün təyyarə tipli uçuş aparatlarından istifadə edib.

Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 4-nə keçən gecə Ukrayna 24 pilotsuz uçan aparatın köməyi ilə Rusiyanın 6 regionunu vurmağa cəhd edib. Moskva vaxtı ilə 5.30-dan 7.40-a qədər olan müddətdə yeni cəhdlər edilib - beş bölgədə 11 pilotsuz təyyarə vurulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN