İran İsrailin hava hücumu təhlükəsi ilə əlaqədar Suriya prezidenti Bəşər Əsədə kömək etməyib.

Tezadlar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

İran rəsmiləri Əsədi üsyançıların hücumuna hazırlaşmamaqda günahlandırıb və Tehranın İsrailə görə hərbi əlavə göndərə bilmədiyini bildirib. Üstəlik, İran Əsədə xəbərdarlıq edib ki, əgər yardım gəlsə, məhdud olacaq.

Qəzetin yazdığına görə, Suriyaya uçan İran təyyarəsi İsrailin hava hücumu təhlükəsi səbəbindən dönüş edib.

“Həm Rusiya, həm də Suriya rejiminin əhəmiyyətli bir hissəsi, o cümlədən yüksək səviyyəli siyasi və hərbi xadimlər Əsədin mühasirəsinin batan gəmi olduğunu qəbul ediblər”, - London siyasət institutu olan “Chatham House”-un əməkdaşı və Yaxın Şərq təhlükəsizliyi üzrə ekspert Lina Xatib deyib.

Bundan əvvəl Bəşər Əsəd dövlət başçısı vəzifəsindən istefa verərək Suriyanı tərk edib. Rusiya ona sığınacaq verib. Hazırda istefa verən Suriya lideri ailəsi ilə birlikdə Moskvadadır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN