Donetsk Xalq Respublikasının (DXR) Ali Məhkəməsi gürcü muzdlu Kartlos Rusitaşvilini qiyabi olaraq 14 il müddətinə maksimum rejimli koloniyaya məhkum edib.
Tezadlar.az xəbər verir ki, bu barədə DXR prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“Məhkəmə Rusitaşvilini qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib, cəzasını ciddi rejimli islah koloniyasında çəksin”, - məlumatda deyilir.
Rusitaşvili Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi (“Muzdlu əsgərin silahlı münaqişədə iştirakı”) ilə təqsirli bilinib.
Məhkəmə müəyyən edib ki, Rusitaşvili 2022-ci ilin fevralından 2024-cü ilin sentyabrınadək Ukrayna ərazisinə gəlib və orada təlim keçdiyi "Gürcü Milli Legionu"na qoşulub. Qeyd olunur ki, muzdlu döyüşçü xüsusi texnika, uniforma, döyüş sursatı və şəxsi silahlarla təmin olunub.
Departament əlavə edib ki, Rusitaşvili müxtəlif hərbi təmas nöqtələrində Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak edib. Muzdlu 2,3 milyon rubldan çox olan məbləğə ekvivalent mükafat alıb.
E.ŞİRİNOV