Energetika naziri Pərviz Şahbazov dekabrın 9-da nazirlikdə vətəndaşlarla görüşüb.
Nazirlikdən Tezadlar.az-a bildirilib ki, müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil edilmiş görüşdə Bakı, Sumqayıt şəhərləri, Xızı və Saatlı rayonlarından olan vətəndaşların elektrik qurğu və avadanlıqlarının mühafizə zonası, enerji verilişində yaranan fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, təbii qaz təchizatı, bərpaolunan enerji ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaşlarla görüş qrafiki nazirliyin saytında yerləşdirilib. Eyni zamanda, vətəndaşlar müraciətlərini (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə nazirliyə ünvanlaya bilərlər.
R.XUDATQIZI