Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının Milli Müdafiə Akademiyasının rektorunun müavini polkovnik Zurab Zerekidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
MN-in Mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, gürcüstanlı qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar barədə ətraflı məlumat verilib.
Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
R.XUDATQIZI