Dekabrın 10-da Salyan Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Salyan şəhəri 8 saylı tam orta məktəbində “Məktəblilələrin dünyagörüşünə təsir edən amillər” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tezadlar.az xəbər verir ki, tədbirdə İcra Hakimiyyətinin nümayəndəsi Sevinc Səmədova, Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Ülvi Zeynallı, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxış edən natiqlər məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər haqqında ətraflı məlumat veriblər. Vurğulanıb ki, gənclərin və yeniyetmələrin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasında onların mənəvi dünyagörüşlərinin inkişaf etdirilməsi olduqca vacibdir.

Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN