Dekabrın 12-dən 13-nə keçən gecə hava hücumundan müdafiə qüvvələri Rusiyanın dörd regionu üzərində 13 Ukrayna pilotsuz uçan aparatını məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Kursk, Rostov, Lipetsk və Belqorod vilayətləri ukraynalı millətçilərin hücumuna məruz qalıb.
“Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatı məhv edilib: beşi Kursk vilayəti, dördü Belqorod vilayəti, üçü Rostov vilayəti və biri Lipetsk vilayəti ərazisi üzərində”, – Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bundan əvvəl məlum olub ki, Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin hücumu nəticəsində özünümüdafiəçi həlak olub.
E.ŞİRİNOV