İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciətində bildirib ki, ölkəsinin xalqı onlarla sülh istəyən hər kəslə sülh istəyir.
Tezadlar.az xəbər verir ki, İsrail baş nazirinin videomüraciəti onun Telegram kanalında yerləşdirilib.
“İsrail sülh istəyir. Bizimlə həqiqətən sülh istəyən hər kəslə sülh istəyirik”, - Netanyahu bildirib.
Siyasətçinin fikrincə, bu gün Yaxın Şərqdə baş verən hadisələr - Fələstinin radikal HƏMAS hərəkatının məğlubiyyəti, Livanın şiə “Hizbullah” hərəkatının məhv edilməsi, hərəkatın baş katibi Həsən Nəsrullahın öldürülməsi və “İran rejiminin terror oxuna” hücumlar zəncirvari reaksiyadır.
Qeyd edək ki, Livanın şiə “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah sentyabrın 27-də İsrailin Beyruta endirdiyi zərbə nəticəsində həlak olub.
E.ŞİRİNOV