ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası bu həftə Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Tezadlar.az bildirir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat verib.

“Bayden administrasiyası bu həftə Venesuelada (Prezident Nikolas – RED.) Maduronun rejiminə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. İki ABŞ rəsmisi deyib ki, Dövlət Departamenti sanksiyaların ilk mərhələsini çərşənbə günü elan edə bilər”, – portal yazıb.

Qeyd edək ki, 2024-cü il iyulun 28-də Venesuelada seçkilər keçirilib və seçkilərdə hazırkı dövlət başçısı Maduro qalib gəlib. Onun lehinə seçicilərin 51,95 faizi səs verib. Əsas rəqibi Edmundo Qonzales Urrutia isə seçicilərin 43,18%-nin dəstəyini qazanıb. Müxalifət liderlərindən biri Mariya Korina Maçado seçki günü Qonzalesin komandasının seçkilərdə məğlubiyyətini etiraf etməyəcəyini bildirib.

Rusiya, Boliviya, Honduras, İran, Çin, Kuba, Nikaraqua və digər dövlətlər Maduronu qələbə münasibətilə təbrik ediblər. Amma ABŞ da daxil olmaqla bir sıra ölkələr Maduronun üçüncü müddətə yenidən seçilməsini tanımadılar və Qonzalesi dəstəklədilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN