Yunanıstanın Krit adasında 6,3 bal gücündə zəlzələ baş verib.

Afina Geodinamika İnstitutunun məlumatına görə, yeraltı təkanlar Türkiyənin Muğla, Antalya və İzmir bölgələrində də hiss edilib.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanlar nəticəsində ölən və dağıntıların olub-olmadığı hələ bilinmir.

Qeyd edək ki, Krit sahillərində baş verən zəlzələ rusiyalı turistlərin istirahətinə mane olmayıb. Bu barədə Tez Tour-un icraçı direktoru Dimitris Haritidis RİA Novosti-yə  bildirib.

Onun sözlərinə görə, baş verən hadisə turistlərin istirahətinə əsla təsir etməyib və turistlərin heç biri narazılıq bildirməyib. Dimitris Haritidis şirkət tərəfindən vəziyyətə nəzarət edildiyini  və adadakı bütün turistlərlə əlaqə saxlanıldığını da bəyan edib.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN