Armavirdə tibb bacısı işləyən qadın 82 yaşlı pensiyaçının palatasından 2 milyon rubl və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Krasnodar diyarının Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, 29 yaşlı tibb bacısı təqaüdçünün gizlətdiyi pulu hissə-hissə çıxararaq şəxsi ehtiyaclarına xərcləyib. Belə ki, şübhəli şəxs banklara olan kreditlərini və kommunal xidmətlərə olan borclarını ödəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurluq maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 4-cü hissəsi) cinayət işi açıblar. İş üzrə təqsirləndirilən şəxsi 10 ilə qədər həbs gözləyir.
E.ŞİRİNOV