Ukraynalılar Almaniyaya girişi qadağan edilən suriyalılardan sonra ikinci ən böyük qrupu təşkil edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Söhbət uzun müddət Ukraynada deyil, xaricdə yaşayaraq Almaniyaya getməyə cəhd edənlərdən gedir.

Almaniya Nazirlər Kabineti bildirib ki, uzun illər xaricdə yaşayan Ukrayna vətəndaşları Ukraynadakı hərbi əməliyyatlar səbəbindən risk altında deyillər.

Berlində xəbər verildiyi kimi, belə insanlar Ukraynadakı münaqişədən qorunmur. Üstəlik, uzun müddət Almaniyaya köçmək üçün onlara viza lazımdır.

Bundan əvvəl ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti məlumat vermişdi ki, Amerika hakimiyyət orqanları ukraynalı qaçqınların maliyyələşdirilməsi proqramını dayandırıb. Yeni müraciətlər artıq qəbul edilmir. Müvafiq qərar prezident Donald Trampın sərhəd təhlükəsizliyi ilə bağlı imzaladığı fərman çərçivəsində qəbul edilib.

Həmçinin bildirilib ki, Britaniyada Ukraynadan olan qaçqınların uşaqları 18 ay valideynlərinin yanında qala biləcəklər, lakin onlar adətən sponsorluq proqramında nəzərdə tutulan ödənişləri ala bilməyəcəklər. Qeyd olunur ki, övladları ilə birlikdə Böyük Britaniyaya getmək istəyən valideynlərin daimi yaşayış statusuna malik olmasına ehtiyac yoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN