"Təzadlar"ın elektron poçtuna daxil olan oxucu məktublarında maraqlı fakt və məqamlara toxunulur...

Məlum olur ki, neçə gündür Bakının Xətai rayonu, 56 saylı məktəbin yanında (Fəzayil Bayramovla Sabit Orucov küçələrinin  kəsişməsində)- "Həyat" restoranının qarşısında olan, məcburi köçkünlərin yaşadığı binadakı sakinlərin hamısını həyəcanlı vəziyyətdə saxlayan bir nömrəsiz, pəncərələri rənglənmiş şübhəli mikroavtomobil peyda olub.
Maraqlıdır ki, dövlət nömrə nişanı çirkli olması bəhanəsi ilə sürücülərə cərimə yazan DYP inspektorları bu maşının nömrəsuz halına isə niyə susurlar? "Həmin maşın əvvəlcə zibil yeşiklərinin yanında saxlanmışdı. Görünür, AYNA- nın parklanmasından yayınmaq üçün. İki gündür Fəzayil Bayramovla Sabit Orucov küçələrinin kəsişməsinə, özü baş yolun tininə gətirib qoyublar. Narahatlıq ondadır ki, maşın dövlət nömrə nişanlı deyil, üstəlik, bütün pəncərələri rənglənib, görünməz haldadır. Ön şüşədə isə iki göz rəsmi çəkilib, ətrafı qəribə baxışla seyr edirlər kimi burada lövbər salıblar...", - deyə şikayətçi oxucu yazır.

Adı çəkilən küçədə həm DYP, həm də post- patrul avtomobillərinin daim dolaşdığını nəzərə alsaq, bu şübhəli avtomobilin mahiyyətinə yəqinki aydınlıq gətiriləcək.

"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN