Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri (USQ) Kursk vilayətində 320-dən çox hərbi qulluqçusunu itirib.
Tezadlar.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Ukrayna Silahlı Qüvvələrinin itkiləri arasında, həmçinin iki tank, üç piyada döyüş maşını, dörd zirehli transportyor, 13 zirehli döyüş maşını, 11 avtomobil, altı artilleriya qurğusu, beş minaatan, iki MLRS buraxılış qurğusu, bir Pionierpanzer 2 mühəndis-təmizləmə maşını, həmçinin üç pilotsuz uçuş aparatı var.
Ümumilikdə, Kursk vilayətindəki döyüşlər zamanı Ukrayna 58 550-dən çox hərbi qulluqçusunu itirib.
E.ŞİRİNOV