Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri bir gündə Ukrayna Silahlı Qüvvələrinin hərbi aerodromlarının infrastrukturuna zərbələr endirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbi aerodromların infrastrukturu Rusiya Silahlı Qüvvələrinin operativ-taktiki aviasiya, hücum pilotsuz uçuş aparatları, raket qüvvələri və artilleriyası nəticəsində zədələnib”, - deyə idarədən aydınlıq gətirilib.
142 rayonda Ukrayna millətçilərinin canlı qüvvəsi və texnikası cəmləşməsi də məğlubiyyətə uğrayıb.
Bundan əlavə, hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinin 51 pilotsuz təyyarəsini vurub. Üç HIMARS MLRS mərmisi, bir Hammer hava bombası və bir Uraqan reaktiv raket sisteminin mərmisi də məhv edilib.
E.ŞİRİNOV