Ağdamda polisə rayon ərazisində yerləşən subartezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabelin oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
R.XUDATQIZI