Azərbaycanlı qadın baqajında ​​türk otelinin loqosu olan yüzlərlə suvenirləri gizli yolla keçirərək Rusiya hava limanında yaxalanıb.

Tezadlar.az bildirir ki, bu barədə Cənub Gömrük İdarəsinin rəsmi saytında məlumat verilib.

Həştərxan gömrükçüləri Azərbaycandan olan 44 yaşlı qadını çəkisi 22 kiloqramdan çox olan çamadanla “yaşıl” dəhlizdən keçərkən saxlayıblar. O, şəxsi əşyalarından əlavə, çimərlik çantaları, bloknotlar və avtomatik qələmlər də daxil olmaqla daha 425 əşyanı qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edib.

Qadının dediyinə görə, o, Volqoqrad, Krasnodar, Rostov-na-Donu və Pyatiqorskda təqdimatlar keçirəcək və otel reklamı kimi turizm agentlərinə korporativ məhsullar verəcəkmiş. Sərnişin gömrük bəyannaməsi tələbindən xəbərsiz olduğunu da bildirib.

Həştərxan Gömrüyünün “Volqoqrad Hava Limanı” gömrük postunun rəisi Sergey Leqkodimov bəyan edib ki, bəyannamə olmadan Aİİ-nin gömrük sərhədindən yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş əşyalar keçirilə bilər. “Sonradan satış və ya kommersiya məqsədləri üçün istifadə üçün nəzərdə tutulan mallar bəyan edilməli və gömrük rüsumları ödənilməlidir”, - deyə o əlavə edib.

Nəticədə, qadının əşyaları müsadirə edilib. Ona malların bəyan edilməməsinə, qadağalara və məhdudiyyətlərə əməl edilməməsinə görə inzibati protokollar açılıb (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 16.2 və 16.3-cü maddələri ilə).

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN