Rusiya Ali Məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Samara vilayətindən olan casusunun cəzasını təsdiqləyib.
Tezadlar.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
2023-cü ildə Georgi Kamlaş kəşfiyyat məlumatlarını UTX-yə ötürüb. Casus Kuybışev dəmir yolunun stansiyalarında Rusiya Silahlı Qüvvələrinin hərbi texnikası olan qatarların şəklini çəkərək kuratora göndərib.
Kamlaş təqsirli bilinərək 13 il müddətinə ciddi rejimli koloniyada cəza çəkib. Həbsdən əlavə, cinayətkara 250 min rubl cərimə də verilib.
Yanvarın 22-də səhər saatlarında LPR Ali Məhkəməsi Ukrayna vətəndaşını 15 il müddətinə azadlıqdan məhrum edib. Qadın UTX-yə rus qoşunlarının yeri barədə məlumat verib.
E.ŞİRİNOV