ABŞ prezidenti Donald Tramp amerikalı Mark Vogelin azadlığa buraxılmasına görə Rusiya lideri Vladimir Putinə minnətdarlığını bildirib.
Tezadlar.az xəbər verir ki, onun sözlərinin videoyazısını Telegram kanalı Pool No 3 təqdim edir.
Dövlət başçısının sözlərinə görə, o, Vogelin “evə qayıtmasına icazə verilməsini” çox yüksək qiymətləndirir.
"Və biz Putinin etdiklərini yüksək qiymətləndiririk" deyən Donald Tramp ABŞ vətəndaşının azad edilməsinə dair razılaşmanın "Ukraynadakı münaqişənin həllində mühüm element ola biləcəyini" vurğulayıb.
Eyni zamanda, jurnalistlərin suallarını cavablandıran Ağ Ev rəhbəri qeyd edib ki, bağlanmış müqavilənin şərtləri “çox, çox ədalətli və ağlabatandır”, “son illərdə görülən sövdələşmələr kimi deyil”.
Qeyd edək ki, Rusiyada narkotik qaçaqmalçılığı ittihamı ilə 14 il həbs cəzası alan ABŞ vətəndaşı Mark Vogel bir gün əvvəl Moskvaya gələn ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla birlikdə vətəninə qayıdıb. ABŞ-a gəldikdən sonra onu Ağ Evdə Donald Tramp qarşılayıb. Prezident həmçinin daha bir amerikalının vətənə qayıtdığını elan edib.
E.ŞİRİNOV