Türkiyənin Antalya vilayətində turistləri aparan avtobusun aşması nəticəsində
8 nəfər xəsarət alıb.
Hadisə Manavqat rayonunda baş verib.
Qeyd olunur ki, xəsarət alanlardan 7 nəfəri rusiyalı turist olub. Avtobus yağışlı yolda döngədə idarəetməni itirərək aşıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olmadığı deyilir. (trend)