...Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti bu qondarma ölkənin hərbi-siyasi rəhbərliyinin qeyri-insani üzünü açmış oldu...
Döyüş meydanında uduzan ölkə bu dəfə dinc əhalinin yaşadığı əraziləri raket atəşinə tutmağa başladı. Bir il əvvəl-oktyabrın 17-də Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qaldı. Belə ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində Ermənistan tərəfi növbəti dəfə qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutdu. Edilən terror hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.
Nəticədə 14 nəfər şəhid oldu, 55-dən artıq şəxs yaralandı, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da vardı.
Əlbəttə, düşmən bu terror hərəkəti ilə Azərbaycana psixoloji təsir etmək istəyirdi. Lakin əbəs idi, Azərbaycan ordusu bu qeyri-insani addımlardan sonra, daha sürətlə irəliləyərək ardıcıl olaraq düşmənin otus ilə yaxındır işğal altında saxladığı rayonları və kəndləri azad etdi, alınmaz qalanı-Şuşanı işğalçılardan təmizləyib Azərbaycan bayrağını bu müqəddəs şəhərdə dalğalandırdı...
A.Məmmədli