...Artıq tamah baş yarar! Bunu atalar yüz illər əvvəl deyib və dillərdə əzbər ibrətamiz məsəldir.

Amma görünür, Bərdənin Şorəlli kənd bələdiyyəsinin sədri bu məsəli ya bilməyib, ya da bu barədə heç nə eşitməyib... Ona görə də prokurorluq ona bu məsəlin mahiyyətini başa salmaq qərarına gəlib. Belə ki, rayonuy Şorəlli kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Şorəlli bələdiyyəsinin sabiq sədri Raqub Kərimov işlədiyi müddət ərzində öz qulluq səlahiyyətlərindən istifadə edərək vətəndaşdan rüşvət almaqla torpaq sahələrini geri tarixlərə sənədləşdirib rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmış, Raqub Kərimov qeyd olunan maddələrlə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda iş üzrə istintaq davam edir.
Bax belə! Bələdiyyə sədrinə yəqinki artıq yuxarıda söylədiyimiz atalar məsəlinin mənasını başa salıblar və çətin ki, o, bir də belə bir fikirdə olsun. Olsa da, 3-5 ildən sonra bu fikrini ortaya qoya bilər, amma...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN