Masallı rayonunun Binə Xocavar kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı ETSN-in məlumatı əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Lənkəran rayonu Günəhir kənd sakini Rüfət Səfərovun idarə etdiyi “Qazel” markalı yük avtomobilində meşə məhsullarının buraxılış orderi - meşə bileti olmadan qanunsuz kəsilmiş ağaclar aşkar edilib və bunun nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 1.275 manat məbləğində ziyan vurulub.

Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Masallı rayon Polis şöbəsinə həvalə edilib.

Qeyd edək ki, hazırda iş üzrə istintaq davam etdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN