"Respublikamızda iş və həyat təhlükəsizliyinin yüksəlməsi nəticəsində gözlənilən orta ömür uzunluğu davamlı olaraq artmaqdadır. Bu səbəbdən də, yaşa görə əmək pensiyası hüququ verən yaş həddi kişilər üçün hər il 6 ay artırılaraq 2021-ci ilin iyulundan 65 yaş müəyyən edilib. Qadınlar üçün də hazırda 62,5 yaşdır və 2027-ci ilin iyulunadək hər ildə altı ay olmaqla həmin vaxtdan 65 yaş müəyyən olunacaq".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, pensiyaya çıxma yaşı ölkəmizlə yanaşı, regionda, o cümlədən Rusiya, Qazaxıstan və sair kimi ölkələrdə orta ömür uzunluğunun artımına mütənasib şəkildə qaldırılır: "Hazırda Fransa, Yaponiya, ABŞ, Danimarka, Birləşmiş Krallıq kimi ölkələrdə pensiya yaş həddi 65 və daha yüksəkdir. Bu proses əmək qabiliyyətli şəxslərə əmək bazarında daha çox qalmaq, əmək fəaliyyətini davam etdirmək imkanı da yaradır. Həmçinin, bu gün bütün dünya ölkələrində pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi prosesi gedir. Çünki pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlığının saxlanması, etibarlı pensiya təminatı mexanizminin mövcudluğu bu proseslərdən keçir. Pensiya ödənişi üçün gözlənilən müddət isə qabaqcıl dünya təcrübəsində olduğu kimi, Azərbaycan qanunvericiliyində də orta hesabla 12 il götürülür. Azərbaycanda gözlənilən orta ömür uzunluğu göstəricisi onu deməyə imkan verir ki, pensiya ödənişi üçün gözlənilən müddət həmin 12 ildən çoxdur. Yaşa görə pensiyaçıların strukturunun təhlili də yaşa görə pensiya alanlar sırasında onların 97 faizdən çoxunun 12-35 il arası pensiya aldığını göstərir".  

F.Talıbov qeyd edib ki, bu gün qanunvericilikdə güzətli şərtlərlə vaxtından xeyli əvvəl pensiyaya çıxmaq hüququ olan bir sıra kateqoriyalar da nəzərdə tutulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN