"Ölkənin üçüncü prezidenti deyil, dilənçi belə olsa müalicə edilməlidir!"

Zuqdididə bir qrup həkim, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin çoxprofilli klinikaya köçürülməsi tələbi ilə aksiya keçiriblər.

Gürcüstan KİV-nin məlumatına görə, onlar çalışdıqları klinika qarşısında dayanaraq əllərində "Prezidentin yaşamaq haqqı var", "Saakaşvilini klinikaya köçürün", "İnsan öldürməyin" kimi şuarlar tutublar. Həkimlərin sözlərinə görə, aclıq çəkən eks prezidentin təcrübəli həkimlərin nəzarətinə ehtiyacı var: "Həkimlərin aksiyasına qoşulmaq üçün, Tbilisidən buraya gəlmişəm. Ölkənin üçüncü prezidenti deyil, dilənçi belə olsa müalicə edilməlidir. Mixeil bəyin aclıq aksiyasını dayandırması üçün, mülki xəstəxanaya yatırılması indi heç vaxt olmadığı qədər vacibdir. Hazırda onun vəziyyətində o qədər çətinliklər yaranacq ki, təcrübəli həkimlərin onunla məşğul olmalarına ehtiyyac olacaq. Biz həkimlər olaraq Mixeil Saakaşvilinin öldürülməsinə icazə verməyəcəyik. Vaxtilə ruslar bizim birinci prezidentimiz olan Zviad Qamsaxurdiyanı öldürdülər. Mən onun (Zviad Qamsaxurdiyanın) meşədə kimlər tərəfindən təqib edildiyini bilirəm. İndi isə dünya səviyyəli bir siyasətçini bu cür ölümə sürükləyirlər. Bunlar ölkənin üçüncü prezidentini necə yerlərdə sürüyə bilərlər", - deyə Anzor Melia əlavə edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN