Deputat İqbal Məmmədov müəyyən fasilədən sonra yenidən Lənkəran-Lerik yolunun üstündə yerləşən Piran kəndini narahat etməyə başlayıb.

Belə ki, Piran sakinlərinin mətbuata verdiyi məlumata görə, kəndin ortasından keçən Lənkəran çayının yatağından bu gündən etibarən yenidən çınqıl daşınır. Bu isə Piranda bir-neçə evi sürüşmə təhlükəsi ilə üz-üzə qoyub.

Məlumdur ki, mövcud qanunvericilik çayların yatağının qazılmasını faktiki olaraq qadağan edir. Belə ki, qanunlar çayların yatağından maksimum 30 sm (0,3 metr) qalınlığında hissənin qazılmasına imkan verdiyi halda, deputat İqbal Məmmədov çayın yatağını 4 metr dərinlikdə qazdırır. Bu isə birbaşa qanun pozuntusu olmaqla bərabər, Piran kəndi başda olmaqla onlarla yaşayış məntəqəsi üçün təhlükə (sel, daşqın və s. bu kimi təhlükələr) yaradır.

Xatırladaq ki, İqbal Məmmədova məxsus zavod xeyli vaxtdır Lerik-Lənkəran yolu boyunca axan çayın yatağından çınqıl daşıyır. Çay boyunca hansı qanunsuzluqların baş verdiyini dəqiq deyə bilməsək də, çayın Piran kəndindən keçən hissəsində təbiətin məhv edilməsi faktı ortadadır.

Sakinlərin sözlərinə görə, İqbal Məmmədovu yaxından tanıyanların onun barəsində dedikləri özünü doğruldur. Çünki deputatın təbiətə münasibəti göz önündədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN