Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərində şaxtada səhər saatlarında dəhşətli qəza baş verib...

 "Ria Novosti"nin xəbərində bildirilir ki, Yerli administrasiyanın məlumatına görə, “Listvyajnaya” şaxtasında baş vermiş hadisə zamanı bir şaxtaçı ölüb, 43 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Prokurorluqdan bildirilib ki, hazırda xilasetmə tədbirləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyi isə sonradan hadisə zamanı şaxtada 285 nəfər olduğunu, onlardan 236-nın artıq evakuasiya edildiyi barədə açıqlama yayıb. Təxliyə davam edir. Hadisə yerinə sanitar vertolyotu ilə həkim briqadası göndərilib. Qəzanın səbəbləri araşdırılır.
Son məlumata görə 52 nəfər qəzanın qurbanı olub...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN