Dünən baş verən helikopter qəzasında adı "İşçi Nəbiyev” kimi təqdim edilən şəxsin kimliyi məlum olub.

Məlumata görə, həmin şəxs təqaüddə olan polkovnik Nəbiyev Elçin Fikrət oğludur.

E.Nəbiyev 11 fevral 2009-cu ildə öz evinin yaxınlığında güllələnən Azərbaycan müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin zamanında Azərbaycanın baş şturmanı, naviqasiyanın atası, HHMQ və HHQ Baş Qərargah rəisi olub. İlk və yeganə azərbaycanlıdır ki, Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib SSRİ zamanı. Sonra könüllü olaraq Azərbaycan ordusuna dönərək (Birinci Qarabağ müharibəsi zamanı) ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb.

Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük İkinci Qarabağ müharibəsində uğurlu əməliyyatların tərtibinidə müəlliflərdən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhramanlarından biridir. Çox sadə, çox ağır və son dərəcə həm nəzəri, həm də praktiki cəhətdən peşəkar kadr olub!

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə, 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN