Jurnalistlə kobud rəftar edən Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı Rövşən Cahangirova məzəmmət elan olunub.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə DSX-nin Mətbuat mərkəzindən məlumat verilib.
Məlumatda bildirilir ki, DSX rəhbərliyi tərəfindən məsələ araşdırılıb və qurumun əməkdaşı R.Cahangirova məzəmmət elan edilib.
Xatırladaq ki, DSX-nin mayoru R.Cahangirov xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı şəhid olan sərhədçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən "Baku TV"nin əməkdaşlarına qarşı nalayiq hərəkətlər edib. O, jurnalistlərə qarşı kobudluq edib, onları əli ilə itələyib, media nümayəndələrinin çəkiliş aparmasına imkan verməyib.