Bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, 2021-ci ilin 13 dekabr tarixində Murad Oqanesyan adlı şəxs Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində fəaliyyət göstərən özəl klinikalardan birinə daxil olaraq

həkim Camal Odilovu qətlə yetirmək məqsədilə ona bıçaqla xəsarətlər yetirib.

Bu barədə Azərbaycan Ombudsman Aparatının yaydığı məlumatda deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan erməni əsilli M.Oqanesyan dindirilmə zamanı müstəntiqə cinayət əməlini törətmə səbəbindən danışarkən Camal Odilovun məhz azərbaycanlı olduğunu düşündüyü üçün öldürmək istədiyini bildirib.

"Təəssüflər olsun ki, uzun illər ərzində Ermənistanda azərbaycanlılara qarşı yürüdülən nifrət siyasətinin nəticəsi olaraq erməni cəmiyyətində azərbaycanlılara və digər millətlərə qarşı dözümsüzlük mühiti yaradılmış, nifrət zəminində cinayətlərin törədilməsi təşviq olunmuşdur və hazırda da davam etməkdədir.

Ombudsman olaraq Ermənistanın yürütmüş olduğu nifrət siyasəti nəticəsində azərbaycanlılara qarşı törədilən cinayətləri qəti şəkildə pisləyir, Ermənistan rəhbərliyini millətlər arasında düşmənçiliyi qızışdıran, regionda sülhü və insan hüquqlarını təhdid edən hərəkətlərin təşviqindən çəkinməyə çağırırıq", - deyə məlumatda qeyd edilir.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN