Penitensiar Xidmətin sabiq müavini, ədliyyə general-mayoru Hüseynağa Əlixanov Qubada qardaşı ilə bərabər otel tikdirir.

Məlumata görə, tikinti obyektinin sifarişçisi generalın qardaşı Nazim Ənvər oğlu Əlixanovdur.

Quba rayonu, Timiryazev kəndində tikiləcək 3 mərtəbəli otelin və ticarət mərkəzinin ümumi sahəsi 1989.1 m2-dir.


Ən qəribəsi isə odur ki, Qubada tikiləcək obyektin tikintisinə icazə verən orqan Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının memarlıq tikinti şöbəsidir.

Qeyd edək ki, obyektin tikintisinə icazə 2014-ci ildə alınsa da, tikinti obyektinə verilmiş kod 11.10.2021-ci ilə təsadüf edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN