Qazaxıstanda baş verənlər dünyanın diqqətindədir.

Heç kim orada baş verənlərə biganə qala bilmir... Şahmat üzrə keçmiş dünya çempionu Qarri Kasparov Ermənistanın baş naziri Nikol Paşinyanı Qazaxıstanda baş verən qırğınlarda iştirakda ittiham edib. Bu barədə Kasparov öz onlayn qəzetinin səhifələrində bildirib.

“Bunun fonunda Ermənistan lideri Nikol Paşinyanın Qazaxıstanın işğalı planının həyata keçirilməsində fəal iştirak etməsi, bununla da bugünkü qırğınlarda iştiraki utancvericidir. Paşinyanın dinc inqilab nəticəsində hakimiyyətə gəlməsi onun hərəkətlərini xüsusilə kinli edir. Başqa xalqların qanı bahasına öz xalqının təhlükəsizliyini almaq mümkün deyil”, - deyə Kasparov yazıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN