Ötən həftə ehtiyatsızlıq səbəbilə həlak olan Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin ölümü barədə bəzi təfərrüatlar üzə çıxıb.

Məlumata görə, polis özünə qəsd edib.

Belə ki, o, mühafizə otağına girərək, qapını arxadan bağlayıb. Daha sonra xidməti silahı ilə özünü öldürmək üçün başından atəş açıb. Atəş nəticəsində Yasin İnqilabzadə yerindəcə keçinib.

Özünü təqdim etmək istəməyən həmakrı bildirib ki, Yasin iki il idi onlarla bir yerdə çalışırdı: "O, çox sakit təbiətli və problemsiz biri idi. İş rejiminə hər zaman riayət edən nümunəvi bir polis əməkdaşı olub".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN