Lerik rayonunun Gürdəsər meşəbəyliyinin 23 saylı meşə dolayında ağacların kütləvi qırıntısı qeydə alınıb.

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları sakinlərə meşələrdən adicə odun daşımağa imkan vermədiyi halda, meşələrdə kütləvi qırıntının olması qaranlıq mətləblərdən xəbər verir. Təbiətə qənim kəsilənlər ağacları doğrayıb meşədəki dərələrə tökürlər ki, kənardan görən olmasın. Yəni, necə deyərlər, dərə xəlvət...   

Sakinlər meşələrdəki qırıntılara görə regional idarənin baş mühafizə mühəndisi Sərraf Quliyevi günahlandırırlar.

Gürdəsər meşəbəyliyinin 23 saylı dolayında işlik material üçün kəsilib dərəyə tökülən ağacların görüntülərini təqdim edirik:

 E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN