“İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır.

İmişli rayon Prokurorluğundan TEZADLAR.AZ-a verilən məlumata görə, aparılmış araşdırma zamanı xəstəxananın 01.01.2018-ci il tarixdən 25.05.2021-ci il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri və digər qanunsuz əməlləri nəticəsində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə və israf olunmasına, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərə vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə təqsirli şəxs və ya şəxslərin  müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində istintaq tədbirləri edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN