"Vahid Milli Hərəkat" daxilində mübahisə var - Saakaşvili tərəftarları açıq şəkildə Meliaya qarşı çıxırlar".

Bu barədə Tbilisi meri Kaxa Kaladze, son günlər "Vahid Milli Hərəkat" partiyasında ehtimal olunan narazılığı şərh edən zaman qeyd edib. Onun sözlərinə görə, partiyada narazılığın olduğu artıq göz qabağındadır: “Aydındır ki, onların partiyası daxilində mübahisə var. Saakaşvilinin tərəftarları birbaşa, açıq şəkildə Melia ilə üz-üzədirlər və bu, artıq göz qabağındadır. Lakin mən bu təfərrüatlara toxunmaq istəmirəm, çünki bu, mənim işim deyil, onların siyasi partiyasının daxili məsələsidir. Mən əsas, Tbilisi sakinlərinə söz verdiyim hər şeyi etməyə borcluyam və öz işimlə məşğulam”, - deyə Kaladze bildirib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN