Zərdabda ev yanıb.

İki nəfərin ölümü ilə nəticələnən yanğında üç ailə üzvü xəsarət alıb.

Xəsarət alanlar 6 yaşlı Əhmədov Gülməmməd və nənəsi Gülayə Əhmədova ağır yanıq xəsarətləri ilə Bakıya çatdırılıb. Yaralılar 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.

Hadisə zamanı evdə olan azyaşlıların babası Ağabala Əhmədov isə yüngül xəsarət aldığı üçün ona ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, rayonun Çallı kəndində baş verən hadisə zamanı ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN